Dolar : Alış : 32.5000 / Satış : 32.5586
Euro : Alış : 34.6207 / Satış : 34.6830
HAVA DURUMU
hava durumu

igdir

- Hoşgeldiniz - Sitemizde 20 Kategoride 474 İçerik Bulunuyor.

SON DAKİKA

KİNO

18 Aralık 2016 - kez okunmuş
KİNO

Nizami Kino Mərkəzində “Çaqqalarla dans 4”, “Qonşu” və “Xəyali gözəllik” həmçinin “Həddən artıq uyğunluq” filmlərinin nümaişi başlanıb
Dekabrın 15 -dən Nizami Kino Mərkəzində türkiyənin “Çaqqalarla dans 4”, ABŞ –ın “Qonşu” və “Xəyali gözəllik” həmçinin milli “Həddən artıq uyğunluq” filmlərinin nümaişi başlanıb.
AF.Media şirkətinin təqdimatı ilə azərbaycan dilində subtitrlərlə nümayiş olunan “Çaqqallarla dans 4” filmini rejissor Murad Şəkər komediya janrında çəkib. Yaş həddi: 16+
Maddi sıxıntılar ucbatından Servet, Gökhan, Necmi və Hikmət eyni evdə yaşamağa məcbur qalırlar. Ev yoldaşlığı onlar üçün çox çətindir. Bir gün bərbər Hüseyn qardaş qəhrəmanlarımızın qarşısına bir planla çıxır….
Baş rollarda Şevket Çoruh, İlker Ayrik, Timur Acar və Murat Akkoyunlu çəkiliblər.
“Qonşu” filminin ssenari müəllifi və rejissoru Markus Danstendir. Kinolent qorxu, triler və kriminal janrında çəkilib. Yaş həddi: 18+
Conla Rozi xoşbəxt həyat xəyalı qururlar. Bir məsələni bitirdikdən sonra keçmişi arxada qoyacaqlar. Amma taleyin planları başqadı…
Bir gün evə döndükdə o, Rozinin yoxa çıxdığını anlayır. Rozinin axtarışına çıxan Con qonşunun evinə daxil olur. Orada qarşılaşdığı dəhşətlər, onun ən qorxulu kabusları ilə müqaisədə uşaq oyuncağına oxşayır…
Baş rollarda Coş Styuart, Lyuk Edvards, Mellisa Bolona, Aleksandr Essou, Bill İnqvall, Jaklin Fleminq, Skipp Saddat, Ronni Cin Blevins, Devid Kallauey, Hezer Uilyams çəkiliblər.
“Xəyali gözəllik” dramını rejissor Devid Frenkel Alan Lobun ssenarisi əsasında çəkib. Filmin sloqanı: “Hammımız bir-birimizə bağlıyıq” Yaş həddi: 14+
Filmin baş qəhrəmanı Nyu-Yorkun reklam agentliyində çalışır. Bir müddət əvvəl, o şəxsi həyatında baş vermiş faciyə nəticəsində dərin depressiyaya uğrayır. Onu bu haldan çıxarmaq üçün iş yoldaşları qeyri-adi plan hazırlayırlar. Lakin, bu plan gözlənilməyən nəticələrlə bitir…
Rollarda aktyorlar Uill Smit, Edvard Norton, Keyt Uinslet, Maykl Penya, Helen Mirren, Naomi Harris, Kira Naytli, Ceykob Latimor, Enn Daud və Liza Kolon- Zayas çəkiliblər.
Film azərbaycan dilində subtitrlərlə nümayiş olunur.
“Həddən artıq uyğunluq” filmini azərbaycanlı qadın- rejissor Ülviyyə Könül romantik komediya janrında çəkib. Yaş həddi: 14+
Böyük hisslərdən və aldanmaqdan heç kəs sığortalanmayıb. Dünyanın hər yerində sevgi, xəyanət və yalanla qarşılaşmaq olar. Mayk və Aydan ayrı-ayrılıqda aldanılıblar.
Həyatlarındakı hədsiz uyğunluq onları görüşdürür və bir-birinə sevdirir. Sevgi isə məsafəyə baxmır. Əsasən də böyük sevgi. Görəsən, növbəti dəfə onlar harada görüşəcək? Bakıda yoxsa Nyu-Yorkda. Bəlkə də, heç görüşməyəcəklər…
Baş rollarda aktyorlar Tural Əsədov, Aydan Axundzadə, xalq artisti Afaq Bəşirqızı və Kamran Ağabalayev çəkiliblər.
Filmlər haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin facebook səhifəsindən öyrənə bilərsiniz.

Facebook Hesabınızla Yorum Yapabilirsiniz

YORUMLAR

İlgili Terimler :
TemaFabrika