Dolar : Alış : 32.5000 / Satış : 32.5586
Euro : Alış : 34.6207 / Satış : 34.6830
HAVA DURUMU
hava durumu

igdir

- Hoşgeldiniz - Sitemizde 20 Kategoride 474 İçerik Bulunuyor.

SON DAKİKA

İREVAN TÜRK CUMHURİYETİ’NİN “31 MART AZERBAYCANLILARIN SOYKIRIM GÜNÜ” BEYANATI

28 Mart 2021 - kez okunmuş
Ana Sayfa » Azerbaycan Haberleri»İREVAN TÜRK CUMHURİYETİ’NİN “31 MART AZERBAYCANLILARIN SOYKIRIM GÜNÜ” BEYANATI
İREVAN TÜRK CUMHURİYETİ’NİN “31 MART AZERBAYCANLILARIN SOYKIRIM GÜNÜ” BEYANATI
31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar İrəvan Türk  Cümhuriyyəti Millət Şurasının    Bəyanatı
İrəvan Türk Cümhuriyyəti 1918-ci ilin mart və aprel aylarında  ermənilər tərəfindən  Azərbaycanın müxtəlif bölgələrində  mülki türk- müsəlman əhaliyə qarşı törədilmiş qanlı qırğının qurbanlarının xatirəsinin anıldığı  bu günlərdə bəyan edir ki, bu vəhşi akt yalnız xalqımıza qarşı deyil,  bəşəriyyətə qarşı torədilmiş Soyqırımı cinayətidir. 1918-ci ilin mart qırğınları radikal millətçi ermənilərin azərbaycanlılara qarşı irqi ayrıseçkilik və etnik təmizləmə siyasəti əsasında əvvəlcədən hazırlanmış və qəddarcasına həyata keçirilən siyasəti idi.
Mart soyqırımı ilə bağlı Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə  Təhqiqat Komissiyası yaratmış və bu qırğınların qəsdən və planlı şəkildə törədildiyi aşkar edilmişdir.  Fəaliyyət göstərdiyi dövr ərzində – 15 iyul 1918–1 noyabr 1919-cu il il – FTK tərəfindən 36 cilddən (3500 vərəq) ibarət istintaq materialı toplanmışdır. Onun 6 cildi ermənilər tərəfindən Bakı şəhəri və onun ətrafında müsəlman əhalisinə qarşı törədilmiş zorakılıq hallarını əks etdirirdi. İstintaq materialının digər cildlərində Şamaxı, Quba, Lənkəran,  Göyçay, Cavad, Nuxa qəzalarında, Gəncədə, Qarabağda, İrəvan və  Zəngəzurda ermənilər tərəfindən törədilmiş amansız cinayətlər təhqiq edilirdi. Çox təssüf ki, Azərbaycanın 28 aprel 1920-ci il işğalından sonra bu təhqiqatlar yarımçıq qalmışdı.
1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin  Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilmiş və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Azərbaycanlıların Soyqırımı Gününün yad edilməsi keçmişdə və hal-hazırda azərbaycanlıların qırğın və etnik təmizləmələrə məruz qalması barədə dünya ictimaiyyətinin məlumatlandırılmasında mühüm rol oynayır. Bu günün bütün dünyada simvollaşdırılması və dünya ölkələrinin parlamentlərində və beynəlxalq təşkilatlarda  “Azərbaycanlıların Soyqırımı Günü” kimi qəbul edilməsi İrəvan Türk Cümhuriyyətinin də ideoloji, siyasi fəaliyyətinin əsas istiqamətidir.
  Bu bir gerçəkdir ki, Rusiya bolşeviklərinin rəhbəri Vladimir Lenin tərəfindən Qafqazın Fövqəladə Komissarı təyin edilən Stepan Şaumyan  və onun ətrafında olan erməni –bolşevik yönətimi  məqsədyönlü şəkildə və bilərəkdən bu cinayətə imza atmışlar.  Neft  Bakısı və onun şimal hissəsini türk- müsəlman əhalidən təmizləmək və Azərbaycanın bu hissəsində Rusiyaya bağlı  bir erməni dövləti qurmaq   planlaşdırılmışdı. Təsadüfi deyildi ki, o qanlı günlərdə Lenin gördüyü bu amansız cinayəti dəstəkləmiş, və    S. Şaumyana yazmışdı:
Hörmətli yoldaş Şaumyan:
Məktubunuz üçün təşəkkür edirəm. Sizin düşünülmüş siyasətiniz bizə çox xoşdur və yaranmış vəziyyətdə siyasətinizin daha dərin və ehtiyatlı diplomatiya ilə birgə tətbiq edilməsini məqsədəuyğun sayır və nəticədə qələbə çalacağımıza əminik.
  Şaumyan özü də etiraf edirdi ki, Azərbaycanlılara qarşı olan qırğınlarda Bakı Sovetinin 6000 və  Rusiya ordusu içərisində  cəbhədən dönmüş 4000 silahlı Daşnaksütyun  Partiyasına bağlı erməni əsgəri iştirak etmişdir.  Azərbaycan Türklərinə  qarşı törədilən soyqırımlar  Bakı, Şamaxı, Quba,  Qarabağ, Naxçıvan və  Şərqi Anadolunun Qars, Ərzurum, İğdır, Güney Azərbaycanın Xoy, Səlmas, Urmiya  bölgələri ilə yanaşı, İrəvan quberniyasının, Zəngəzur qəzasının və Qərbi Azərbaycanın   bütün mahallarını da əhatə etmişdir.
1918-ci ilin mart- may aylarında yalnız İrəvan quberniyasının 119 kəndində yaşayan 135 min azərbaycanlı məhv edilmiş, kəndlər yerlə yeksan edilmiş,  yüz minlərlə insan öz yurdunu tərk etməyə məcbur olmuşdur.
 İndiki Ermənistan ərazisində  Azərbaycan türklərinin  toplu halda yaşadığı ərazilərdə də soyqırım cinayətləri olmuşdur. Silahlı erməni birləşmələri azərbaycanlı əhalini köçə məruz qoymaq üçün  İrəvanın bütün mahallarında  qırğınlar törətdilər. Bu olaylar tarixə “qaçaqaç” hadisəsi kimi düşmüşdür.   1918-ci il aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət  3 min nəfərlik köçə basqın edilərək onların hamısı son nəfərinədək öldürülmüşdür. Zəngəzur qəzasında erməni silahlə dəstələri tərəfindən 115 türk kəndi məhv edilmiş, tarix səhnəsindən silinmişdir. Tarixi qaynaqlarla təsdiq edilmişdir ki, Zəngəzurda da Xocalı soyqırımına bənzər soyqırımı olmuşdur.  Bir neçə gün içərisində 3257 kişi, 2276 qadın, 2196 uşaq amansızcasına öldürülmüşdür. Ümumən Zəngəzur qəzası üzrə 10068 nəfər öldürülmüş 50 min insan öz dədə- baba yurdunu tərk etmişdir. Pəmbək nahiyəsinin 9 kəndində 1000-dən çox soydaşımız vəhşicəsinə qətlə yetirilmişdi. Nahiyənin bütün azərbaycanlı kəndləri qarət edilmiş və yandırılmışdı. Təkcə Arcut kəndində 60 nəfər qətlə yetirilmiş, onlardan 12 nəfərinin başı kəsilmişdi. Gözəldərə kəndi yandırıldıqdan və kişilər qətlə yetirildikdən sonra sağ qalan qadınlar meşəyə qaçmış, ermənilərə əsir düşməsinlər deyə özlərini öldürmüşdülər.  Bütün bunlar İrəvan quberniyasında yaşayan xalqımıza qarşı erməni vəhşiliyinin  yalnız bir  hissəsidir.   Xalqımıza qarşı basqı və zorakılıq aktları sonrakı tarixlərdə də amansızlıqla davam etdirilmişdir. Bütün bunlar, erməni vəhşətinin cəzasızlığı  tariximizin ən böyük faciəsi olan Xocalı soyqırımının törədilməsinə gətirib çıxarmışdır
Bu gün adına Ermənistan deyilən ərazidə 500 mindən artıq azərbaycanlı əhali fiziki cəhətdən məhv edilmiş və bir milyondan artıq yerli əhali öz yurdunu tərk etməyə məcbur olmuşdur.
 İTC Mart qırğınının günahsız qurbanlarının xatirəsini anır, Ermənistanın Azərbaycan xalqına qarşı soyqırım, bəşəriyyət əleyhinə cinayət, irqi ayrı-seçkilik və etnik təmizləməyə əsaslanan məqsədyönlü və davam edən siyasətini kəskin şəkildə pisləyir və bu qəbildən olan qeyri-insani cinayətlərin qarşısının alınması üçün Ermənistanın cəzasızlığına son qoyulmasının vacibliyini bir daha vurğulayır. 1918-1920-ci illərdə törədilən erməni cinayətləri beynəlxalq səviyyədə hüquqi həllini tapmalı və layiqli cəzasını almalıdır.
 
İTC Millət Şurası adından sədr  prof. Qafar Çaxmaqlı

Facebook Hesabınızla Yorum Yapabilirsiniz

YORUMLAR

TemaFabrika