Dolar : Alış : 3.5000 / Satış : 3.5063
Euro : Alış : 3.9100 / Satış : 3.9170
HAVA DURUMU
hava durumu

igdir33°CParçalı Bulutlu

- Hoşgeldiniz - Sitemizde 19 Kategoride 399 İçerik Bulunuyor.

SON DAKİKA

“GƏNCLİYİN SƏSİ” FESTİVALİ

04 Şubat 2017 - 202 kez okunmuş
Ana Sayfa » Azerbaycan Haberleri»“GƏNCLİYİN SƏSİ” FESTİVALİ
“GƏNCLİYİN SƏSİ” FESTİVALİ

“Gəncliyin səsi” festivalının açılış mərasimi keçirildi
Fevralın 2-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) birgə təşkilatçılığı ilə gerçəkləşən “Gəncliyin səsi” festivalının açılışı oldu.
Tədbir iştirakçıları əvvəlcə mərkəzin foyesində gənc istedadların əsərlərindən ibarət rəsm sərgisi ilə tanış oldular.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Prezident Heydər Əliyevin 1997-ci ildə imzaladığı fərmana əsasən ölkəmizdə Gənclər Gününün qeyd olunduğunu, bu münasibətlə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən də hər il silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırdı. Bildirdi ki, “Gəncliyin səsi” festivalı gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının, bilik və bacarıqlarının, yaradıcılıq nailiyyətlərinin dəstəklənməsi, yeni simaların aşkar olunması məqsədi daşıyır: “Ümummilli lider Heydər Əliyev gəncliyi hər mənada güclü görmək istəyirdi və bunun üçün əlindən gələni əsirgəmirdi. Ulu öndər gənc nəslə diqqət və qayğının artırılması, istedadlı gənclərin üzə çıxarılıb tanıdılması və onların yaradıcılıq imkanlarının inkişafı üçün dəstək verilməsi məqsədilə 2 fevralı Gənclər Günü elan etdi. Çünki gənclik millətin gələcəyi, inkişafı deməkdir. Gəncliyin möhkəmliyi onun sağlam təfəkküründən, düşünmə qabiliyyətindən asılıdır. Ağıllı, savadlı gənclər öz millətini irəli apararaq ölkəmizin daha da inkişafına səbəb olacaqlar”.
Gənclər Gününün ölkəmizdə müxtəlif tədbirlərlə qeyd olunduğunu diqqətə çatdıran nazir mədəniyyət və incəsənətin inkişafını gəncliyin baxışlarından kənarda təsəvvür etmək mümkünsüz olduğunu dedi: “Ölkəmizdə dövlət siyasətinin ən böyük prioritetlərindən biri də gənclərin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdir. Gənclər Gününə həsr olunmuş tədbirlər ildən-ilə daha böyük format alır. Bu il də bir neçə gün davam edəcək festival çərçivəsində paytaxtla yanaşı, bölgələrdə də mədəniyyətin müxtəlif sahələrini əhatə edəcək tədbirlər keçiriləcək”.
Əbülfəs Qarayev bu gün ölkəmizin mədəni, ictimai və idman həyatında gənclərin rolunun böyük olduğunu vurğuladı. Bildirdi ki, ölkəmizdə təşkil olunan mötəbər beynəlxalq tədbirlərdə gənclərimiz könüllü olaraq layiqincə iştirak edirlər. Bu da onların Vətənə, millətə və dövlətə nə qədər bağlı olmalarının bariz nümunəsidir.
Nazir əlamətdar gün münasibətilə gəncləri təbrik edərək onlara gələcək işlərində uğurlar arzu etdi.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov çıxış edərək Gənclər Gününün qeyd olunmasının əhəmiyyətindən danışdı. Qeyd etdi ki, “ASAN Xidmət” mərkəzlərində çalışanların böyük əksəriyyəti gənclərdən ibarətdir.
Könüllülük fəaliyyəti barədə danışan İnam Kərimov bunun ölkəmizdə inkişafın simvollarından biri olduğunu bildirdi, qurumun işinin təşkil olunmasında “ASAN könüllüləri”nin böyük əməyi olduğunu vurğuladı. Qeyd olundu ki, “ASAN könüllüləri” vasitəsilə könüllülük fəaliyyətinə yeni bir təravət gəlib. On min gəncdən ibarət “ASAN könüllüləri” hərəkatı vasitəsilə bir çox layihələr həyata keçirilib. Qurum Azərbaycan mədəniyyətinin təbliğ olunması, tanıdılması sahəsində Mədəniyyət və Turizm Nazirliyi ilə sıx əməkdaşlıq edir.
Daha sonra Prezident təqaüdçüləri konsert proqramı ilə çıxış etdilər.
Daha sonra Prezident təqaüdçüləri konsert proqramı ilə çıxış etdilər. Konsertdə Mircavid Cəfərov, Nəriman Əmiraslanov, Şəms Ağazadə, Kamil Həsənov, Çinarə Əzimova, Yusif Yusifov və başqaları Azərbaycan və Avropa bəstəkarlarının musiqilərini səsləndirdilər.
Qeyd edək ki, festival çərçivəsində gənc rəssamların sərgisi, gənc yazarlarla görüş, gənc rejissorların filmlərinin nümayişi, Bakı “ASAN Xidmət” mərkəzi könüllülərinin təqdimatında Əli Əmirlinin “7 məhbusə” tamaşasının premyerası, Sumqayıt “ASAN Xidmət” mərkəzi könüllülərinin həvəskar tamaşasının premyerası, Sabirabad və ətraf rayonların gənclərinin və “ASAN könüllüləri”nin iştirakı ilə konsert və Bakı Xoreoqrafiya Akademiyası tələbələrinin konsertinin keçirilməsi nəzərdə tutulur.
Fevralın 6-dək davam edəcək festivalın tədbirləri Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Beynəlxalq Muğam Mərkəzi, Milli Kitabxana, Sumqayıt Dövlət Dram Teatrı, Masallı rayon “ASAN həyat” kompleksi və Sabirabad rayon Mədəniyyət mərkəzində təşkil olunacaq.

Facebook Hesabınızla Yorum Yapabilirsiniz

YORUMLAR

İsminiz

 

E-Posta Adresiniz

Yorumunuz

İlgili Terimler :
TemaFabrika