Dolar : Alış : 32.4551 / Satış : 32.5136
Euro : Alış : 34.6559 / Satış : 34.7183
HAVA DURUMU
hava durumu

igdir

- Hoşgeldiniz - Sitemizde 20 Kategoride 474 İçerik Bulunuyor.

SON DAKİKA

ŞEKİ’DE ŞURA

18 Aralık 2016 - kez okunmuş
Ana Sayfa » Azerbaycan Haberleri»ŞEKİ’DE ŞURA
ŞEKİ’DE ŞURA

Şəki şəhərində TÜRKSOY Daimi Şurasının 34-cü toplantısı və “Şəki – Türk dünyasının mədəniyyət paytaxtı 2016” ilinin bağlanış mərasimi keçiriləcəkdir
1-2 dekabr 2016-cı il tarixində Şəki şəhərində TÜRKSOY Daimi Şurasının 34-cü toplantısı və “Şəki – Türk dünyasının mədəniyyət paytaxtı 2016” ilinin bağlanış mərasimi keçiriləcəkdir. Tədbirin rəsmi açılış mərasimi 1 dekabr saat 10:00-da Şəkidə Marxal oteldə baş tutacaqdır. Açılış mərasimindən sonra toplantı işçi sessiyada işinə davam edəcəkdir.
TÜRKSOY mədəniyyət nazirlərinin Daimi Şurasının 34-cü iclasının gündəliyinə qurumun ötən il ərzində həyata keçirdiyi fəaliyyətlərin qiymətləndirilməsi, ənənəvi festivalların, cari layihələrin və yeni layihələrinin müzakirəsi, üzv ölkələr arasında mədəniyyət sahəsindəki əməkdaşlığın daha da genişləndirilməsi və s. məsələlər daxil edilmişdir. Bununla yanaşı türk dünyasının 2017-ci il üçün mədəniyyət paytaxtı olacaq şəhərin seçiləcəyi də gözlənilir.
Toplantının sonunda yekun bəyannamə imzalanacaq və mətbuat konfransı keçiriləcəkdir. Elə həmin gün Şəki Dövlət Dram Teatrında TÜRKSOY Rəsm Sərgisinin açılışı və “Şəki – Türk dünyasının mədəniyyət paytaxtı 2016” ilinin bağlanış mərasimi təşkil olunacaqdır.
Dekabrın 2-də qonaqlar üçün Şəki Xan sarayı, Karvansaray və s. görməli yerlər də daxil olmaqla Şəki gəzintisi təşkil olunacaqdır.
Xatırladaq ki, ötən il Türkmənistanın Mərv şəhərində keçirilmiş TÜRKSOY mədəniyyət nazirlərinin Daimi Şurasının 33-cü iclasında Azərbaycanın tarixi və mədəni şəhəri kimi Şəki təşkilatın 2016-cı il üçün mədəniyyət paytaxtı seçilmişdir.

Facebook Hesabınızla Yorum Yapabilirsiniz

YORUMLAR

İlgili Terimler :
TemaFabrika